Bu gün haqqında danışmaq istədiyim sahə Kənd Təsərrüfatı və bu sahədə STARTupların rolu barəsindədir. Neftdən sonra iqtisadiyyatımızda əsas yerlərdən birini tutan və ölkə əhalisinin yarısına qədərinin məşqulluğunun təmin etdiyi kənd təsərrüfatı sahəsi hələ dünya trendlərindən çox gedirdədir. Kənd təsərrüfatı sahəsində hər gün yeni texnologiyalar, startaplar peydə olarkən bizim fermerlərimiz ənənəvi üsullardan istifadə etməkdə davam edirlər. Bir sıra böyük özəl fermer təsərrüfatlarının öz gücünə etdiklərini nəzərə almasaq ümumilikdə kənd təsərrüfatı sahəmiz hələ çox geridədir.
Baxmayaraq ki, ölkədə kənd təsərrüfatı ilə bağlı subsidiya proqramları, vergidən azad olma kimi imtiyazlar nəzərdə tutulub, sistemin yetərincə işləməməsi səbəbindən səmərəlilik istənilən səviyyədə deyil.
BAZAR – olmazsa heçnə olmaz !!
Hər bir istehsal sahəsinin özəyi və mövcudluğunun mənbəyi həmin məhsulların satış bazarının olmasıdır. Əgər istehsal etdiyin məhsulun bazarı yoxdursa uğursuzluğu kandardan da proqnozlaşdıra bilərsiz. Elə kənd təsərrüfatı sahəsində də fermerlərin bu bazarı olmadığından fermerlərimiz köklü inkişafa nail ola bilmirlər. Fermerlərin işi istehsal ilə bağlı olduğundan daha çox bu sahəyə fokuslanıb satış dərdi çəkməməlidirlər. Amma bu gün vəziyyət elə gətirib ki, fermerlərimiz istehsaldan daha çox satış dərdi çəkirlər.
Kənd Təsərrüfatı Nazirliyinin “YARMARKA” şousu
Azərbaycanda institutsionallaşmış bir sahə varsa o da meyvə – tərəvəz alverçiliyidir. K/T Nazirliyinin Bakı şəhərində həyata keçirdiyi YARMARKALARa bir şou kimi baxsaq burada çıxış edən alverçilər “şoumenlər” , alıcılar isə şounun iştirakçılarıdırlar. Əslində yarmarkaların yaranma məqsədi fermerlərlə istehlakçılar arasındakı “araçı”ları götürməyə xidmət etməli olsa da, əksinə onların yayılmasına daha da vüsət verdi. Hərdən elə olurdu ki, Yarmarkalardakı qiymətlər məhlə marketlərindən də baha olurdu. Bu yarmarkalarda toplaşan alverçirlər hərdən uzaqa getməyə usanaraq məhsulları regionlardan deyil, elə “8-ci km” bazarından alıb satmaqla da kifayətləndirdilər. Bizim K/T nazirliyimiz isə buna göz yummaqla kifayətlənirdi.
Müqayisə üçün bazarlardakı məshulların satış qiymətləri arasındakı fərqə baxa bilərik.
Çiyələk məhsulunun müqayisəsi 1 KG üçün (09 May 2018 tarixinə)
Fermerin sahəsində
1, 50 AZN
%
Meyvəli bazarında
2,50
+ 66%
Yarmarkada
3,00 AZN
+ 100 %
Marketlərdə
3,00-3,50
+ 100 % +120%
Acınacaqlı haldır ki, fermerlərdən alınan məhsulla bazar arasınadakı fərq 100 %-dən az olmur. Faiz qoyuluşu çox olduğundan ölkəmizdə bu sahədə alverçilik institutun yaranmasına və inkişafına gətirib çıxarmışdır. Məhsul fermerlərdən bazara gəlib çıxana qədər 2 və 3 alverçinin faiz qoyuluşundan keçir ki, nəticədə ortada qazanan alverçilər, itirənlər isə istehlakçılar və fermerlər olur. Bir il dayanmadan min bir əziyyətə qatlanan fermer meyvə və tərəvəzlər yetişdirməklə məhsulunu satıb əldə etdiyi məbləğ alverçilərin 1 həftədə əldə etdiyi məbləğə bərabər olur. Acınacaqlısı isə odur ki, bizim K/T Nazirliyimiz bu məsələnin qarşında aciz qalıb.
Bir ara ASAN xidmətin nəzlində yaranan ABAD bir sıra ailə fermerlərinə dövlət maliyyəsi hesabına köməklik edərək istehsala dəstək olsa da satış bazarı sahəsində axsamağa başladı. İnzibati yollarla satış mərkəzləri yaratsalarda bu gözlənilən nəticəni vermədi.
ÇIXIŞ Yolu VARMI?
Əlbətdə VAR!!!
Daim özəl sektorda çalışdığım üçün düşümüşəm ki, heç kəsdən heçnə ummaq lazım deyil. Hər zaman dünyada gedən prossesləri izləyib çevik qərarlar verməklə müxtəlif çıxış yolları tapmaq olur. Nazirliklərdə isə hər hansı bir qərarın və layihənin həyata keçirilmədi üçün aylarla yaxud illərlə vaxt tələb olunur. Sürətlə inkişaf edən dünyada texnologiyalar və innovasiyalar o qədər sürətlə dəyişir ki, zamanında qərar verməsən hər hansısa bir məsələdə 10 il geriyə düşə bilərsən.
İllərdir məni narahat edən bu “araçı”lıq məsələsi dünyanın inkişaf etmiş və digər İnkişaf etməkdə olan dövlətlərini də narahat etdiyindən son 5 ildə bu sahədə köklü dəyişikliklər əldə edilmişdir. 3 il öncə Atlantaya (ABŞ), “araçı”ları aradan götürən bir bazarın strukturu ilə tanış olmağa getmişdim. “World BAZAR” adı altında fəaliyyət göstərən bu bazar ABŞ-ın müxtəlif şəhərlərinin və ölkələrin (əsasən Cənubi Amerika) fermerləri ilə birbaşa müqavilə bağlamaqla onların məhsullarını bu bazarda satışını həyata keçirir. Daim kalabalık olan bu bazara ətraf şəhərlərdən də alıcılar üz tuturlar. Normalda buradakı qiymətlər Amerikadakı supermarketlərin təklif etdiyi qiymətlərdən 30% -ə qədər aşağı olur. O zaman təkid edərək bazarın sahibi ilə görüşüb bu sistemin necə qurulmasına dair dəyərli məlumatlar topladım.
Dünyanı dəyişən HİNDİSTAN
Bu məqaləni yazmağa məni vadar edən səbəb bu gün Bangalore şəhərində (10.05.2018) K/T ilə bağlı STARTupla görüşümüz oldu. Hindistanın K/T sisteminə köklü dəyişikliklər gətirən bir startup fermerlərin bazara çıxmaq yolunda böyük maneələri aradan qaldırdı. YAŞASIN TEXNOLOGİYALAR!!!
Onun adı NİNJA CART-dır. www.ninjacart.in
Onlayn BAZAR
Əhalisinin yarıdan çoxu, təxminən 700 milyon nəfərinin kənd yerlərində məşqul olduğundan hökümət bu sahənin inkişaf etdirilməsini ölkənin əsas inkişaf yollarından biri kimi görür. İT sahəsində ön sıralarda olan Hindistan Kənd Təsərrüfatı sahəsində innovasiyalar edən, STARTup lar yaradan şirkətlərə və şəxslərə təmannasız maliyyə yardımları edir və müxtəlif sahələrdə köməklik göstərir. Bunun nəticəsi olaraq iki il öncə ölkənin K/T sahəsində köklü dəyişiklərə gətirib çıxaran NİNJA CART kimi şirkət meydana gəldi.
Bangalore da olduğumdan və bu STARTup-ında bu şəhərdə yerləşməsini bildiyimdən onlarla görüşüb bu sistem haqda bilgi toplamasam günah olar deyə düşündüm. Yenə də israrla təkid edərək bir neçə cəhddən sonra bu STARTUP-ın “co-founder”i və CEO-su olan Thirukumaran Nagarajan ilə görüşməyə nail oldum. Görüş zamanı dəyərli məlumatlar əldə etdim və istərdim ki, bu məlumatları sizinlə də bölüşüm. Nə zamansa içinizdən kimsə K/T nazirliyini gözləməyib özü bu sahəyə investisiya yatırıb mükəmməl biznes qura bilər.
NİNJA CART-ın sistemi nədən ibarətdir və Amerikadakından nə ilə fərqlənir.
NİNJA CART öz novatorluğu ilə dünya çapında bir STARTup-a çevrlməyi bacardı.
Belə ki, NİNJA CART fermerlərlə bazar arasındakı əlaqəni həm online və həm də offline kanallarla qısaltmağı bacardı. Bangalore şəhəri ətrafında 22 qəbul məntəqələri yaratmaqla fermerlərə öz məhsullarını bu mərkəzlərə gətirməsini bildirərək, onlardan həm də onun tələblərinə uyğun məhsul istehsalı və yığımını həyata keçirməsini tələb edir. Fermerlərin məhsullarını isə onlayn satış kanalları ilə supermarketlərə, Restoranlara və digər müəssisələrə təklif edir.
Bu halda
• Fermerlər satdıqlarından 20 % daha çox gəlir
• Alıcılar isə bazardakından (topdancıdan) 15 % daha aşağı qiymətə qapıda təhvil əsasında məhsullarını almış olurlar.
STARTup yarandığı il o qədər uğurlu olur ki, bura 10 milyon dollardan çox investisiya olunur. Saxlama (anbar) mərkəzləri və daşınma (logistik) şirkətləri ilə müqavilə bağlayaraq online və offline kanallarla satışı həyata keçirirlər. Fermerlər onlara yaxın ərazidəki məntəqələrə məhsullarını təhvil verdikdən bir gün sonra onların kart hesabına malın pulu tamamilə otuzdurulur. Alıcılar isə (supermarket və restoranlar) online application vasitsilə sifarişlərini verdikdən maksimum bir gün ərzində məhsulları qapıda təhvil alırlar.
Budur STARTup, budur innovasiya. Bu məqaləni yazmaqda məqsədim ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir ki, xalqımızın düşünən beynləri daha da aktiv olsunlar və onlara lazımı dəstəyi göstərməyə də daim hazırıq. Ümüdvaram K/T nazirliyindəki dəyişikliklərdən sonra bu sahə ölkəmizdə daha innovativ olacaqdır.
Pərviz Azərelli
CRAZY INNOVATIONS